"Kara sevda"nın çəkiliş məkanında gərgin anlar yaşanır

"Kara sevda"nın çəkiliş məkanında gərgin anlar yaşanır
16:01 16 Oktyabr 2016
665 Şou
Ölkə mətbuatı
A- A+

Burak Özçivitlə Neslihan Atagül arasındakı inciklik çəkiliş məkanını iki hissəyə bölüb.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, Özçivitin verdiyi bir açıqlama aktyorlar arasındakı incikliyi alovlandırıb. Neslihanla öpüşmə səhnələri haqda suallara "Kadir Doğulu dostumdur. Bizdə səhv hərəkət olmaz" cavabını verən Burakın sözlərinə Doğulu sərt reaksiya verib. O, sosial şəbəkədə "Nə qədər də özünə aşiq bir adamdır. Çox təhlükəlidir" sözlərini yazıb.

Bu mesajdan sonra Atagüllə Burak "Kara sevda"nın çəkiliş məkanında küsülü gəzir. Bir-biri ilə danışmayan aktyorlar yaradıcı heyətə də çətin anlar yaşadır. Serialdakı aktyorlar da iki hissəyə ayrılıb. Bir qismi Burakın, digəri isə Neslihanın tərəfini saxlayır.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=59366

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR