"Kara sevda"nın çəkiliş məkanında gərgin anlar yaşanır

"Kara sevda"nın çəkiliş məkanında gərgin anlar yaşanır
16:27 16 Oktyabr 2016
182 Şou
Ölkə mətbuatı
A- A+

Burak Özçivitlə Neslihan Atagül arasındakı inciklik çəkiliş məkanını iki hissəyə bölüb.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, Özçivitin verdiyi bir açıqlama aktyorlar arasındakı incikliyi alovlandırıb. Neslihanla öpüşmə səhnələri haqda suallara: "Kadir Doğulu dostumdur. Bizdə səhv hərəkət olmaz", - cavabını verən Burakın sözlərinə Doğulu sərt reaksiya verib. O, sosial şəbəkədə: "Nə qədər də özünə aşiq bir adamdır. Çox təhlükəlidir", - sözlərini yazıb. 

Bu mesajdan sonra Atagüllə Burak "Kara sevda"nın çəkiliş məkanında küsülü gəzirlər. Bir-biri ilə danışmayan aktyorlar yaradıcı heyətə də çətin anlar yaşadırlar. Serialdakı aktyorlar da iki hissəyə ayrılıblar. Bir qismi Burakın, digəri isə Neslihanın tərəfini saxlayır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/seriallar/479851.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR