Xındırıstan oğruları ələ keçdilər - FOTO

Xındırıstan oğruları ələ keçdilər - FOTO
17:32 16 Oktyabr 2016
90 Ölkə
Ölkə mətbuatı
A- A+

Ağdamda mağazadan 2 min manat dəyərində oğurluq edən şəxslər saxlanılıblar.

APA-nın xəbərinə görə,  rayonun Xındırıstan kəndində fəaliyyət göstərən gündəlik tələbat malları mağazasının qıfılını sındıraraq  2 min manatlıq mobil telefon danışıq kartları oğurlayan şəxslər Bakı şəhərində saxlanılaraq Ağdama gətiriliblər.
 
Saxlanılan şəxslər 1988-ci il təvəllüdlü Nəsibov Namiq Əkbər oğlu və 1994-cü il təvəllüdlü Quliyev  Elmir Haqverdi oğlu olub.
 
Faktla bağlı araşdırma davam edir.

Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/479865.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR