Bakı-Qazax yolunda ağır qəza: 3 yaralı

Bakı-Qazax yolunda ağır qəza: 3 yaralı
17:49 16 Oktyabr 2016
71 Digər
Ölkə mətbuatı
A- A+

 

Bakı-Qazax avtomagistralının Ağstafa rayonundan keçən hissəsində qəza baş verib.

 

Lent.az ARB-yə istinadən xəbər verir ki, "Niva" markalı avtomobillə "Vaz 21-07" toqquşub.

 

Nəticədə Qazax rayon sakinləri  - 35 yaşlı Anar Şıxlınski, 32 yaşlı Pərviz Yusifov və Ağstafa rayon sakini 27 yaşlı Aqil Böyükişiyev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Rayon Mərkəzi xəstəxanasına çatdırılıblar. Zərərçəkənlərə ilkin yardım göstərilib, vəziyyyətlərinin kafi olduğu bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/256699

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR