“Kəpəz” AZAL-ı məğlub etdi

“Kəpəz” AZAL-ı məğlub etdi
18:23 16 Oktyabr 2016
52 İdman
Ölkə mətbuatı
A- A+

Futbol üzrə Azərbaycan Premyer Liqasının 8-ci turu çərçivəsində AZAL “Kəpəz”i qəbul edib.

Publika.az xəbər verir ki, “AZAL Arena”da oynanılan görüşü baş hakim Orxan Məmmədov idarə edib. Gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşma “Kəpəz” komandasının minimal hesablı qələbəsi ilə başa çatıb.

Qarşılıqlı hücumlar şəraitində keçən matçın ilk hissəsində hesab açılmayıb və komandalar fasiləyə qolsuz heç-heçə ilə yollanıblar. Hər iki komanda fasilədən sonra da bir neçə təhlükəli vəziyyət yaradıblar. Oyunun sonuna yaxın qonaqlar sürətli əks-hücum nəticəsində hesabı açıblar. Qalan dəqiqələrdə oyunda əlavə qol olmayıb və “Kəpəz” komandası AZAL üzərində 1:0 hesabı ilə qələbə qazanıb.

Bu oyundan sonra xallarının sayını 10-a çatdıran “Kəpəz” turnir cədvəlində 4-cü sıraya yüksəlib. AZAL isə 8 oyundan sonra iki xalla sonuncu pillədə qərarlaşıb.

Premyer Liqanın 8-ci turuna “Zirə” - “Neftçi” oyunu ilə yekun vurulacaq.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/172361.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR