Polşadakı Azərbaycanlı gənclər I Türk Dünyası Gənclər Fromunda iştirak edəcəklər

Polşadakı Azərbaycanlı gənclər I Türk Dünyası Gənclər Fromunda iştirak edəcəklər
19:32 16 Oktyabr 2016
49 Ölkə
Ölkə mətbuatı
A- A+

Varşava. 16 oktyabr. REPORT.AZ/ 16-20 oktyabr tarixində Şimali Kipr Türk Cümhuriyyətində keçiriləcək I Türk Dünyası Gənclər Forumunda Polşada Azərbaycanlı Gənclər Şurası da iştirak edəcək. 
Bu barədə “Report”un Şərqi Avropa bürosuna Polşada Azərbaycanlı Gənclər Şurasının sədri Nail Əhməd məlumat verib. O, əlavə edib ki, Türk Birliyi Dərnəyinin təşkilatçılığı ilə baş tutacaq foruma türk dilli ölkələrdən 300-dən çox gənc dəvət olunub. Forumda Türk Dünyasi Gənclərinin Ortaq Probleməri və Srateji iş Birliyi”, “Gənclərin texnalogiya və akademik sahədə qarşılıqlı çalışması”, “Çağdaş Türk ədəbiyatının öyrənilməsi və yaşadılması” və digər mövzular ətrafında panel iclaslar olacaq, fikir mübadiləsi aparılacaq. Forum çərçivəsində Azərbaycanın müstəqilliyinin 25-ci ildönümü də qeyd ediləcək.  

Xəbərin orijinal ünvanı: http://report.az/diaspor/polsadaki-azerbaycanli-gencler-i-turk-dunyasi-gencler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR