Azərbaycanlı futbolçu Almaniya klubunda qol vurdu

Azərbaycanlı futbolçu Almaniya klubunda qol vurdu
19:57 16 Oktyabr 2016
128 İdman
Ölkə mətbuatı
A- A+

Almaniyanın Şimal-Şərq Regional Liqasında X turun oyunları keçirilib. Fanat.Az xəbər verir ki, Rüfət Dadaşovun çıxış etdiyi "Moyzelvits" səfərdə Leypziq "Lokomotiv"i ilə qarşılaşıb. 


Oyun 1:1 hesabı ilə başa çatıb. Oyuna start heyətdə başlayan Rüfət 90 dəqiqə meydanda olub. Onun komandası 27-ci dəqiqə məğlub duruma düşüb. Futbolçumuz 87-ci dəqiqədə rəqib qapısına yol taparaq hesabı bərabərləşdirib.


Qeyd edək ki, "Moyzelvits" 10 turdan sonra 5 xalla 18 komanda arasında 16-cı pillədə qərarlaşıb.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-azrbaycanl-futbolcu-almaniya-klubunda-qol-vurdu-t53389.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR