ABŞ-da məşhur idmançının qızı öldürülüb

ABŞ-da məşhur idmançının qızı öldürülüb
20:19 16 Oktyabr 2016
88 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-da məşhur sprinter, üçqat dünya çempionu Tayson Qeyin qızı öldürülüb.

 

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, insident oktyabrın 16-a keçən gecə Leksinqton şəhərində baş verib.

 

Polisin məlumatına görə, 15 yaşlı Triniti Qey bir qrup şəxs arasında baş verən silahlı insident zamanı güllə yarası alıb. Xəstəxanaya çatdırılan qızı xilas etmək mümkün olmayıb. Hadisə ilə əlaqədar araşdırma aparılır.

 

Qeyd olunur ki, Triniti Qeydə idmançı olub, gənclər üzrə bir sıra yarışların mükafatını qazanıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/256704

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR