Dünyanın ən yaşlı pandası öldü - fotolar

Dünyanın ən yaşlı pandası öldü - fotolar
23:51 16 Oktyabr 2016
94 Şou
Ölkə mətbuatı
A- A+

Honq-Komnqun “Okeaniya Parkı”nda saxlanılan “Jia jia” adlı panda 38 yaşında ölüb.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, ən yaşlı panda kimi “Ginnesin Rekordlar Kitabı”na düşən “Jia jia” bir müddətdir ağır xəstə imiş.

Pandanın daha çox acı çəkməsini istəməyən “Okeaniya Park” rəhbərliyi iynə  vuraraq onu əbədi yuxuya göndəriblər.

Qeyd edək ki, 1978-ci ildə Çinin Sincan bölgəsində doğulan “Jia jia”, 1999-cu ildə Honq-Konqa verilib. Parkda onun hər doğum günü üçün xüsusi hədiyyələr hazırlanırdı.




Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=59372

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR