Poroşenko, Merkel və Olland arasında telefon danışığı olub

Poroşenko, Merkel və Olland arasında telefon danışığı olub
23:52 16 Oktyabr 2016
40 Dünya
Ölkə mətbuatı
A- A+

Ukrayna prezidenti Pyotr Poroşenko, Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Fransua Olland arasında telefon danışığı olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidentinin mətbuat xidməti məlumat verib.

Məlumata görə, tərəflər "Normand formatı" çərçivəsində keçirilən  məsləhətləşmələrin yekunlarını müzakirə ediblər.
 
"Söhbət zamanı 4 ölkənin (Ukrayna, Almaniya, Fransa və Rusiya)  müşavirlər səviyyəsində keçirdiyi son məsləhətləşmələr  müzakirə olunub. Minsk razılaşmalarına dair "yol xəritəsinin" tərtibində Ukrayna-Fransa-Almaniya üçlüyünün qarşılıqlı əlaqələri yüksək qiymətləndirilib. Növbəti telefon danışığının gələn həftə baş tutacağı planlaşdırılır. Söhbət zamanı "Normand" formatında növbəti sammitin keçirilmə perspektivləri müəyyən ediləcək", məlumatda qeyd olunur.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR