Vyetnamda baş verən daşqınlar nəticəsində ən azı 21 nəfər həlak olub

Vyetnamda baş verən daşqınlar nəticəsində ən azı 21 nəfər həlak olub
00:37 17 Oktyabr 2016
36 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 17 oktyabr. REPORT.AZ/ Vyetnamda baş verən daşqınlar nəticəsində ən azı 21 nəfərin həlak olduğu bildirilir. “Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, daha 8 nəfər itkin düşüb.
Ölkənin təbii fəlakətlərin qarşısının alınması Komitəsinin hesabatına əsasən, həlak olanların əksəriyyəti Vyetnamın mərkəzində yerləşən Kuanqbin əyalətinin sakinləri olub.
İlkin məlumatlara görə, daşqınlar zamanı 7 ev dağılıb, 100 minə yaxın evi su basıb.
Daşqınların tropik siklonunun ölkənin mərkəzi hissələrinin sahillərinə gətirdiyi güclü leysanlarla əlaqəli olduğu bildirilir.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/vyetnamda-bas-veren-dasqinlar-neticesinde-en-azi-21-neferin-helak

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR