Klinton Trampı 11% qabaqlayır

Klinton Trampı 11% qabaqlayır
01:39 17 Oktyabr 2016
48 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-ın sabiq dövlət katibi, prezidentliyə namizəd Hillari Klinton əsas rəqibi olan Donald Trampı 11 % qabaqlayır.

 

APA-nın məlumatına görə, bu, NBC telekanalı və “The Wall Street Journal” qəzetinin keçirdiyi rəy sorğusunda bəlli olub.

 

Demokrat partiyasının təmsilçisi H.Klintonu rəyi soruşulanların 48%-i, respublikaçı D.Trampı isə - 37%-i dəstəkləməyə hazırdır. Son rəy sorğusu oktyabrın 10-dan 13-dək keçirilib.

 

Xatırladaq ki, ABŞ-da bu il noyabrın 8-də növbəti prezident seçkiləri keçiriləcək.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR