Bakıda bal yarmarkası təşkil edilib (VİDEO)

Bakıda bal yarmarkası təşkil edilib (VİDEO)
03:13 17 Oktyabr 2016
263 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda növbəti bal sərgi-satış yarmarkası təşkil edilib.

Müxtəlif bölgələrdə arıçılıq təsərrüfatı ilə məşğul olan fermerlər öz məhsullarını yarmarkada satışa çıxarıblar. Bu il yarmarkaya ümumilikdə 93 ton bal gətirilib, ancaq onlardan bir qismi yararsız olduğu üçün satışdan çıxarılıb.

Publika.az xezerxeber.com-a istinadən bildirir ki, müxtəlif regionlardan gətirilən balların qiymətləri arasında böyük fərq var.

Arıçılar daha çox bal satmaq üçün müxtəlif üsullardan istifadə edirlər.

Yarmarkada arı südünə və digər arıçılıq məhsullarına da rast gəlinir.

Arıçılar deyirlər ki, xalis bal ilə keyfiyyətsiz balı bir sıra üsullarla fərqləndirmək olar.

Yarmarka noyabr ayının 15-ə qədər davam edəcək.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sosial/172385.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR