Mosulun azad edilməsi üzrə əməliyyat başlandı

Mosulun azad edilməsi üzrə əməliyyat başlandı
03:14 17 Oktyabr 2016
62 Digər
Ölkə mətbuatı
A- A+

İraqda Mosul şəhərinin terrorçulardan azad edilməsi üzrə əməliyyat başlanıb.

 

APA-nın “AFP” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu İraqın baş naziri Heydər əl-Abadi bəyan edib.

 

İraqın sayca ikinci ən iri şəhəri olan Mosul 2014-cü ilin iyunundan etibarən İŞİD silahlılarının nəzarəti altındadır.

 

Ötən gün İraq və ABŞ hərbi qüvvələri İŞİD-in nəzarətində olan Mosul şəhərinə artilleriya zərbələri endirməyə başlayıb. Əraziyə koalisiyaya məxsus aviasiya cəlb olunub. İraq Hərbi Hava Qüvvələri Mosula hücumla bağlı sakinləri xəbərdar etmək üçün şəhərə minlərlə vərəqə atıb. Mosul sakinlərindən evlərini tərk etməmək, İŞİD terror təşkilatının mövqelərinə yaxınlaşmamaq tövsiyə edilib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/256716

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR