Polislə miqrantlar arasında toqquşma baş verib

Polislə miqrantlar arasında toqquşma baş verib
08:05 17 Oktyabr 2016
32 Dünya
Ölkə mətbuatı
A- A+

Yunanıstanın Oreokastro şəhəri yaxınlığındakı qaçqın düşərgəsində polislə miqrantlar arasında toqquşmalar baş verib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, etiraz aksiyası keçirən qaçqınlar polisə daş atıb, asayiş keşikçiləri isə buna cavab olaraq səs qumbaralarından istifadə edib.
 
Etiraz aksiyası düşərgənin yaxınlığında baş verən yol qəzasından sonra başlayıb. Belə ki, yerli sakin 35 yaşlı suriyalı qadın və onun 10 yaşlı oğlunu avtomobillə vurub. Qəzanı törədən sürücü saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
 
Qeyd edək ki, Avropada miqrant böhranı başlayandan Yunanıstana 1,5 milyon qaçqın gəlib. "Balkan marşrutunun" bağlanması ilə əlaqədar bu ilin fevralından etibarən  60 min miqrant Yunanıstanda məskunlaşmalı olub.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR