Gəncədə dönərxana və mağaza yandı

Gəncədə dönərxana və mağaza yandı
08:54 17 Oktyabr 2016
87 Digər
Ölkə mətbuatı
A- A+

 

Gəncə şəhəri, Kəpəz rayonunda bir dam altında tikilmiş vətəndaşa məxsus ümumi sahəsi 20 m2 olan dönərxananın yanar konstruksiyaları, digər vətəndaşa məxsus ümumi sahəsi 28 m2 olan məişət mallarının satışı mağazası və yaxınlıqda tikilmiş ümumi sahəsi 8 m2 olan köşkün yanar konstruksiyaları və 9 ədəd şam ağacı (ümumi 65 m2 sahədə) yanıb.

 

Lent.az-ın FHN-nin saytına istinadən xəbərinə görə, yaxınlıqdakı digər ticarət obyektləri yanğından mühafizə olunub.

 

Yanğın saat 03:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR