Ziyafət Əsgərov: "Serj Sarkisyanın canı bir şey deyil..."

Ziyafət Əsgərov: "Serj Sarkisyanın canı bir şey deyil..."
09:32 17 Oktyabr 2016
64 Ölkə
Ölkə mətbuatı
A- A+

Serj Sarkisyanın canı bir şey deyil, amma Qarabağ bizimdir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov Ermənistan prezidenti Serj Sarkisyanın "canımı verərəm, Qarabağı yox" fikrinə münasibət bildirərkən deyib.

Z.Əsgərov bildirib ki, Azərbaycan münaqişənin sülh yolu ilə həll edilməsinin tərəfdarıdır: "Münaqişənin hərbi yolla həlli həmişə var. Biz bunu istisna etmirik. Amma o yerə qədər ki, sülh danışıqları aparmaq mümkündür, biz onu edirik və edəcəyik. Düzdür, çox vaxt Ermənistan danışıqlarda imitasiya edir. Amma, həqiqətən də, tam 100 faiz əminlik olacaq ki, Ermənistan, doğrudan da, artıq imitasiya edir, görsək ki, bu danışıqların əyəmiyyəti yoxdur, onda Azərbaycan Ordusu öz sözünü deyəcək".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/480157.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR