Hacıqabulda 15 yaşlı oğlan dəm qazından zəhərlənib

Hacıqabulda 15 yaşlı oğlan dəm qazından zəhərlənib
09:32 17 Oktyabr 2016
46 Ölkə
Ölkə mətbuatı
A- A+

Hacıqabul.17 oktyabr.REPORT.AZ/Hacıqabul rayonunda dəm qazından zəhərlənmə qeydə alınıb. “Report”un Aran bürosu xəbər verir ki, Hacıqabul şəhəri M.Rəsulzadə küçəsində yaşayan, 15 yaşlı Hüseyn Ələsgər oğlu Ələsgərov hamamda çimərkən dəm qazından zəhərlənib. Yaxınları tərəfindən o, Hacıqabul Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Həkimlərin səyi nəticəsində onun həyatını xilas etmək mümkün olub. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR