Bakı yollarında sürət həddi azaldıldı

Bakı yollarında sürət həddi azaldıldı
09:48 17 Oktyabr 2016
18 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda müşahidə edilən intensiv yağışla əlaqədar müəyyən avtomobil yollarında maksimal sürət məhdudiyyəti azaldılıb.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata görə, sürət həddinin azaldılması ilə əlaqədar elektron tablolarda da dəyişiklik edilib.

Hazırda "Koroğlu" metro stansiyasından başlayaraq Buzovna qəsəbəsinə qədər, həmçinin Heydər Əliyev Hava Limanından başlayaraq "Nargilə" kafesinədək (Zığ şosesi) yollarda hərəkət sürəti aşağı salınıb.

“Zolaqlar üzrə sürət həddi 20 km/saat azaldılıb - 120 km/saat-dan 100-ə, 100 km/saat-dan 80-ə, 80 km/saatdan 60-a endirilib. Sürət həddinin azaldılmasına səbəb hava şəraitinin pisləşməsidir”, - deyə NİİM-dən bildirilib.

Əlavə edilib ki, hava şəraiti normallaşacağı təqdirdə yollarda hərəkət sürəti əvvəlki həddə çatdırılacaq.

Qeyd edək ki, aşağı hərəkət sürəti olan yerlərdə dəyişiklik edilməyib. (report)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR