Bakıda qonşusunu avtomobillə vuraraq öldürdü: özü komaya düşdü

Bakıda qonşusunu avtomobillə vuraraq öldürdü: özü komaya düşdü
09:57 17 Oktyabr 2016
21 Ölkə
Ölkə mətbuatı
A- A+

Abşeron rayon sakini avtomobili ilə gətirdiyi şəxsi bir dəqiqə keçməmiş vuraraq öldürüb.

Milli.Az report-a istinadən bildirir ki, hadisə Mehdiabad qəsəbəsində qeydə alınıb.
Məlumata görə, Abşeron rayon sakini (adı hələlik məlum deyil) "Ford" markalı yük avtomobili ilə gətirdiyi 1965-ci il təvvəllüdlü Mirzəyev Hafiz Budaq oğlunu küçədəki marketin yaxınlığında düşürüb.

H.Mirzəyev marketə daxil olub, dərhal da çıxıb. Bir dəqiqə əvvəl onu avtomobillə gətirən qonşusu isə H.Mirzəyevi ehtiyatsızlıqdan avtomobillə vurub.

Ağır yaralanan H.Mirzəyev sakinlərin köməkliyi ilə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Məlumata görə, "Ford" markalı avtomobilin sürücüsü H.Mirzəyevin qonşusudur və o, hadisənin şokundan komaya düşüb.
Faktla bağlı cinayət işi başlanılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/480193.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR