İŞİD-in "təbliğat şəhəri" də alındı - FOTO

İŞİD-in "təbliğat şəhəri" də alındı - FOTO
10:05 17 Oktyabr 2016
44 Dünya
Ölkə mətbuatı
A- A+

Suriyada müxalif qiyamçılar Türkiyənin yardımı ilə Suriyada simvolik əhəmiyyət daşıyan Dəbiq şəhərini İŞİD-dən azad edib.

Milli.Az Al Jazeera-ya istinadən bildirir ki, qiyamçılar qəsəbəni İŞİD-in oradan qaçmasından sonra tutublar.

Kiçik şimal şəhəri olan Dəbiq İŞİD-in təbliğində və axirət fəlsəfəsinin yayılmasında əsas yer tuturdu.

Dəbiqin alınması müxalif qiyamçıların Suriyanı İŞİD-dən azad etməsi planının bir hissəsidir.

Sultan Murad qiyamçı qrupunun komandiri Əhməd Osman Reuters agentliyinə deyib ki, bazar günü səhəri qrup, həmçinin qonşu Soran kəndini də azad edib.

Suriya İnsan Haqları Müşahidəsi qrupu deyir ki, Dəbiqi qorumaq üçün 1200 İŞİD-çi bölgəyə aparılmışdı.

Həmzə Briqadası adlı qiyamçı bir qrupun komandiri Associated Press agentliyinə deyib ki, İŞİD-in müdafiəsi zəif idi.

İŞİD cənubda əl Bab şəhərinə doğru geri çəkilib.

2000-ə yaxın müxalfiətçi döyüşçünün iştirak etdiyi əməliyyat Türkiyə tankları və artilleriyası və beynəlxalq koalisiyanın hava hücumları ilə dəstəklənib.

Şəhər Türkiyə sərhədindən 10 km uzaqlıqda yerləşir.

Strateji baxımdan bu böyük nailiyyət deyil. Lakin İŞİD bu şəhəri özünün düşmənləri ilə böyük münaqişəsində axirət fəlsəfəsinin simvolu kimi qəbul etmişdi.

Şəhərin adı Məhəmməd Peyğəmbərin bir hədisində keçir. Bu şəhər dünyanın axırından əvvəl müsəlmanlarla kafirlər arasında son döyüşün məkanı olacaq. Qrup özünün internet saytını da Dəbiq adlandırsa da, şəhərin əhəmiyyətini son vaxtlarda azaldaraq "bu müharibə bədii əsər deyil" fikrini yayırdı.

Milli.Az










RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR