Həbsxanada qarşıdurma: 25 məhbus öldü

Həbsxanada qarşıdurma: 25 məhbus öldü
10:05 17 Oktyabr 2016
39 Dünya
Ölkə mətbuatı
A- A+

Braziliyanın şimalında yerləşən həbsxanada iki qruplaşma arasında baş verən qarşıdurmada azı 25 məhbus həlak olub.

Milli.Az report-a istinadən bildirir ki, bu barədə yerli polisdən məlumat verilib.
Polisin məlumatına görə, yeddi nəfərin başını kəsiblər, altı nəfəri isə diri-diri yandırıblar.
İnsident dünən Rorayma ştatındakı Boa Vista şəhərində baş verib. Məhkumların bir qrupu həbsxananın digər bölməsinə girməyə imkan tapıb və qarşıdurma başlayıb.

Üsyan zamanı məhbuslar ziyarət saatlarında həbsxanaya gələn 100 nəfərdən çox adamı girov götürüb. Sonradan bütün girovlar azad edilib.
Şahidlərin sözlərinə görə, qiyam qaldıran məhkumlar bıçaq və taxta dəyənəklərlə silahlanmış olublar.
Qeyd edək ki, 740 məhbus üçün nəzərdə tutulan həbsxanada təxminən 1400 nəfər yerləşdirilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/480194.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR