Millimizin hücumçusu Superliqada ilk matçına çıxdı

Millimizin hücumçusu Superliqada ilk matçına çıxdı
10:05 17 Oktyabr 2016
46 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyə Superliqasında VII turun oyunları keçirilib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Azərbaycan millisinin üzvü Dəniz Yılmaz cari mövsümdə ilk matçına çıxıb.

Yenicə milliləşdirilən hücumçu zədədən qayıtdıqdan sonra "Bursaspor"un heyətində "Osmanlıspor"a qarşı çıxış edib. Yılmazın 90 dəqiqə əvəz edilmədən keçirdiyi görüş qolsuz bərabərliklə nəticələnib.
 
Qeyd edək ki, "Bursaspor" 7 turdan sonra 13 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR