Yunanlar Bakıya qələbə ilə gəlir

Yunanlar Bakıya qələbə ilə gəlir
10:05 17 Oktyabr 2016
35 İdman
Ölkə mətbuatı
A- A+

Yunanıstan Super Liqasında VII turun oyunları keçirilir.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, UEFA Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindən PAOK da növbəti matçına çıxıb.

Saloniki təmsilçisi evdə "İraklis"lə üz-üzə gəlib. Oyun meydan sahiblərinin minimalhesablı qələbəsi ilə başa çatıb. "Ağ-qaralar"ın yeganə qoluna oyunun 3-cü dəqiqəsində Rodriqes imza atıb.
 
Qeyd edək ki, klublarla federasiya arasında fikir ayrılığına görə Yunanıstan Super Liqasının ilk iki turu təxirə salındığı üçün komandalar cəmi 5 oyun keçiriblər və hesabında 11 xal olan PAOK 2-ci pillədə qərarlaşaraq "Olimpiakos"dan 1 xal geri qalır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/480168.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR