Bakıda qaz problemi yaranıb: AZƏRİQAZ müşkülü həll edir

Bakıda qaz problemi yaranıb: AZƏRİQAZ müşkülü həll edir
10:22 17 Oktyabr 2016
76 Ölkə
Ölkə mətbuatı
A- A+

Dünən sosial şəbəkələrdə Bakı şəhərinin bəzi ərazilərində təbii qaz verilişində çətinliklər yaşanması ilə bağlı məlumatlar yayılıb.

Məsələ ilə əlaqədar Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kəlbəliyev report-a bildirib ki, sıxıntı olan ərazilərdə problemin aradan qaldırılması üçün dərhal işlər görülür.

"Havanın soyuması ilə əlaqədar hansı ərazidə qaz verilişi ilə bağlı çatışmazlıq yaşanırsa, daxil olan müraciətlər əsasında "Azəriqaz" İB-nin əməkdaşları dərhal tənzimləmələr aparırlar və qaz verilişindəki sıxıntı aradan qaldırılır. Qurumun Qaynar Xətti 24 saat fəaliyyət göstərir".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/480208.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR