Pakistanda iki avtobusun toqquşması nəticəsində 30 nəfər həlak olub

Pakistanda iki avtobusun toqquşması nəticəsində 30 nəfər həlak olub
10:42 17 Oktyabr 2016
19 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 17 oktyabr. REPORT.AZ/ Pakistanda iki avtobusun toqquşması nəticəsində meydana gələn yol qəzasında 30 nəfər həlak olub, 66 nəfər isə yaralanıb.
"Report" "Qazeta.Ru"ya istinadən xəbər verir ki, avtobuslar Rəhim Yar Khan dairəsindəki Pəncab əyalətində yerləşən Hanupura şəhərində səhər saatlarında toqquşub.
Xilasedicilərin verdiyi məlumata görə, avtobuslardan biri Karaçi şəhərindən Bahavalpur şəhərinə, ikinci avtobus isə Sadikabada doğru hərəkət edib.
Bütün yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb. Həkimlər onlara bütün lazımi yardımı göstərir.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/pakistanda-iki-avtobusun-toqqusmasi-neticesinde-30-nefer-helak-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR