Naxçıvan Dövlət Universitetində iki dekan və on kafedra müdiri vəzifəsi boşdur

Naxçıvan Dövlət Universitetində iki dekan və on kafedra müdiri vəzifəsi boşdur
10:42 17 Oktyabr 2016
67 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 17 oktyabr. REPORT.AZ/ Naxçıvan Dövlət Universitetində boş olan vəzifələrin tutulması üçün müsabiqə elan edilib.
"Report" xəbər verir ki, ali təhsil ocağında Tarix-filologiya və Beynəlxalq münasibətlər və xarici dillər fakültələrinin dekanları vəzifələri boşdur. 
Bundan başqa, universitetin 10 kafedrasının müdiri vəzifəsi də müsabiqəyə çıxarılıb. Belə ki, Dünya iqtisadiyyatı, Təsviri incəsənət, Bələdiyyə və turizm, Rus dili və ədəbiyyatı, Coğrafiya, Fəlsəfə və sosial iş, Çağırışaqədərki hazırlıq və mülki müdafiə, Təməl tibb fənləri, Mühasibat uçotu və maliyyə, Əczaçılıq və stomatologiya kafedralarının müdirləri vəzifəsi boşdu. 
Kafedralarda isə boş olan 31 müəllim vəzifəsini tutmaq üçün müsabiqə elan olunub.
Müsabiqə üçün sənəd qəbulu bir ay davam edəcək.

Xəbərin orijinal ünvanı: http://report.az/elm-ve-tehsil/naxcivan-dovlet-universitetinde-bos-vezifeler-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR