Qaxda at qadına xəsarət yetirib

Qaxda at qadına xəsarət yetirib
10:47 17 Oktyabr 2016
46 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 17 oktyabr. REPORT.AZ/ Qax rayonunda at qadın sahibinə ağır xəsarət yetirib.
"Report" un məlumatına görə, hadisə rayonun Tanqıt kəndində qeydə alınıb.
Burada at 35 yaşlı Tünzalə Hümbətovaya ağır xəsarət yetirib.
Məlumata görə, Laçın rayon sakini T.Hümbətova oğlu ilə birlikdə örüşdən özlərinə məxsus ata tez hərəkət etsin deyə arxadan çubuqla vurub. Bu zaman at T.Hümbətovaya başından təpiklə vurub.
Qadın başından aldığı xəsarətdən huşunu itirib. O, Qax Rayon Mərkəzi Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağırdır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR