İranın iki hərbi gəmisi Bakıya gəlir

İranın iki hərbi gəmisi Bakıya gəlir
11:09 17 Oktyabr 2016
51 Digər
Ölkə mətbuatı
A- A+

 

İranın Xəzər donanmasının iki hərbi gəmisi Bakıya gələcək.

 

Lent.az-ın "Report"a istinadən məlumatına görə, bu barədə İranın Azərbaycandakı səfirliyindən bildirilib. Məlumatda qeyd olunur ki, "Dəməvənd" esminesi və "Coşan" raket gəmisi Bakıya oktyabrın 18-də çatacaq.

 

Tanışlıq xarakterini daşıyan səfər zamanı gəmilərin heyəti Azərbaycan paytaxtı ilə tanış olacaqlar və bir sıra görüşlər keçirəcəklər. Görüşlərdə Xəzər dənizində təhlükəsizlik məsələləri müzakirə olunacaq. Ümumilikdə Bakıya bu gəmilərin 200 nəfərlik heyəti gələcək.

 

Gəmilər Bakıda 3 gün müddətində qalacaqlar.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR