Paytaxtın bu ərazilərində qayığa ehtiyac var

Paytaxtın bu ərazilərində qayığa ehtiyac var
11:13 17 Oktyabr 2016
107 Ölkə
Ölkə mətbuatı
A- A+

Hazırda paytaxtda müşahidə olunan yağışlı hava şəraiti bir çox yollarda hərəkəti məhdudlaşdırıb. Gecədən başlayan yağış yenə də küçələrdə qalıb. Yağış bəzi ərazilərdə kanalizasiya sistemini sıradan çıxarıb. Yağış suyu ilə bərabər kanalizasiya suları da “fontan" vuraraq küçəyə axıb.

“Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Publika.az-a açıqlamasında bildirib ki, hər dəfə yağış yağanda paytaxtın hansı ərazilərində problem müşahidə edilirdisə, yenə də oxşar vəziyyət yaşanır. Ən çox problem Dərnəgül, Binəqədi yolu və Biləcəri qəsəbəsində müşahidə edilir: “Həmin yollarda ya kollektorlar olmadığından, ya da çatdırmaması səbəbindən yağış suyu yollarda qalıb. Dərnəgül yolunda kanalizasiya xətti çatdırmadığına görə, su geri qayıdıb yollara axır. Bununla yanaşı Binəqədi yolunda kollektor olmadığına görə suyun axması üçün yer yoxdur. Mərkəzi küçələrdən Ə.Ağaoğlu və Təbriz küçələrinin kəsişməsində kollektor yağış sularının axımını çatdırmadığına görə su yola dolub. Biləcəri qəsəbəsində də oxşar mənzərə müşahidə edilir”.

A.Nəcəfli onu da vurğulayıb ki, hazırda Fövqəladə Hallar Nazirliyi və “Azərsu” ASC-nin əməkdaşları yollardakı problemin aradan qaldırılması üçün iş başındadır. “Azəravtoyol” əməkdaşları da onlarla birlikdə problemin aradan qaldırılmasına çalışır.

Gülxar


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sosial/172421.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR