Ölkə viran qalıb, onlarsa Qərbdə kef çəkirlər - FOTO

Ölkə viran qalıb, onlarsa Qərbdə kef çəkirlər - FOTO
11:47 17 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Parisdə, Marbelyada və Londonun dəbdəbəli Meyfer səmtindəki lüks malikanələr, apartamentlər, villalar, yaşayış kompleksləri... Çox bahalı avtomobillər, lüks yaşam, yelə verilən və səpələnən pullar.

Bütün bunlar Suriya rəhbərliyindəki insanların yaşam tərzidir. O insanların ki Suriya prezidenti Bəşər Əsədin qohumları, tanışları və əlaltılarıdır.

Suriyada isə illərdir qanlı vətəndaş savaşıdır. Şəhərlər xarabazara dönüb, kəndlər və qəsəbələr viran qalıb. 2011-ci ildən bəri Suriyada 320 min insan həlak olub, 5 milyondan artıq suriyalı qaçqın düşüb.

Amma Parisdə və Londonda yaşayan şəxslərin, sanki, dünya veclərinə deyil.

Rifat Əsəd, Əkrəm Mustafa TlassƏbdel Həlim Həddam  Qərb ölkələrində lüks həyat yaşayırlar.

Nüfuzlu The Times-də dərc olunmuş "Əsəd əlaltıları üçün həyat əladır" (Life is golden for Assad's henchmen) məqaləsində bu barədə bəhs olunur.

Rifat Əsəd, Əkrəm Mustafa Tlass və Əbdel Həlim Həddam Suriya prezidenti Bəşər Əsədin hakimiyyətə gəlməsində, ən başlıcası isə onun iqtidarda qalmasında müstəsna rol oynamış adamlardır.

Bəşər Əsədin əmisi Rifat Əsəd Londonun Meyfeyr bölgəsində 9 otaqlı malikanə, habelə İspaniyanın Marbelya kurortundakı eksklüziv "Gray D-Albion" yaşayış kompleksinə malikdir.

Suriyanın sabiq müdafiə naziri Mustafa Talassın nəvəsi Əkrəm Mustafa Talass dəbdəbəli yaşamının əks olunduğu fotoları və videoları Facebook ilə İnstaqram profillərində həvəslə paylaşır. Hazırda Parisdə yaşayan Əkrəm Talass avtomat silahlarda da şəkil çəkdirməyi sevir.

Əkrəm Talasın anası, Suriyanın mərhum prezidenti Hafiz Əsədin dönəmində müdafiə naziri olmuş Mustafa Talassın qızı Nahed Occeh də oğlu təki, Parisdə yaşayır. Nahed Occeh süperlüks həyat, qlamur yaşam aşiqidir və çox baha başa gələn ziyafətlər təşkil etməsi ilə tanınır.

Onun kiçik oğlu Sivar İngiltərənin Surrey qraflığındakı Okshott şəhərindəki 8 otaqlı bahalı malikanədə ömür sürür.

Milli.Az















Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/480163.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR