Azərbaycan xaricə qurbağa satır - FOTOLAR

Azərbaycan xaricə qurbağa satır - FOTOLAR
11:48 17 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Azərbaycanda qurbağa əti istehsal edən ferma fəaliyyətə başlayıb.

Bu barədə Standartlaşma, Metrologiya Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı deyib.

Komitə rəsmisi qeyd edib ki, sahibkar tərəfindən qurbağa ətinin ixrac edilməsi üçün onlara müraciət edilib: “Sahibkar qurbağa ətini Fransaya aparmaq istəyirdi, bunun üçün sənəd lazım idi. Onun sənədlərini hazırladıq, mövcud sənədləşdirmədə problemlərini həll etdik. Dünya standartlarını araşdırdıq və ona lazımı sənədi verdik. Nəticədə sahibkar tərəfindən 2 min ton məhsul xaricə göndərilib”.

Fazil Talıblının sözlərinə görə, qurbağa ferması Salyan rayonunun Şorsulu kəndində yerləşir: “Burada bataqlıqda olan qurba ətləri yığılmır. Xüsusi bəslənmiş və qida üçün nəzərdə tutulmuş məhsullar yetişdirilir və bu məhsullar müasir standartlara cavab verir”.

Qeyd edək ki, Salyanda qurbağa ferması “Azərifrog” MMC tərəfindən yaradılıb. Şirkət 2015-ci ildə yaradılıb, 2016-ci ilin yayından isə fəaliyyətə başlayıb. (azvision.az)



Xəbərin orijinal ünvanı: http://publika.az/news/gundem/172431.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR