Mosul əməliyyatı: ABŞ və Fransadan İŞİD-ə hava zərbələri

Mosul əməliyyatı: ABŞ və Fransadan İŞİD-ə hava zərbələri
11:52 17 Oktyabr 2016
72 Dünya
Ölkə mətbuatı
A- A+

2014-cü ildən bəri İŞİD terror təşkilatının nəzarətində olan Mosulun azad edilməsi üçün əməliyyatlar davam edir.

Milli.Az Trend-ə istinadən bildirir ki, quru əməliyyatından öncə ABŞ və Fransaya məxsus təyyarələr şəhərin şərqindəki İŞİD hədəflərinə zərbələr endirib.

İraqın Baş naziri Heydər əl-Abadi Mosulda İŞİD-ə qarşı əməliyyatların başladığını, şəhər mərkəzinə sadəcə ordu və polis qüvvələrinin girəcəyini bildirib.

Mosul ətrafını terrorçulardan təmizləmək üçün hava zərbələrindən sonra əlavə dəstək məqsədilə quruda əməliyyat da başlayacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/480254.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR