Bakıda kollecin yataqxanasında qadının başına çəkiçlə ağır xəsarət yetirilib

Bakıda kollecin yataqxanasında qadının başına çəkiçlə ağır xəsarət yetirilib
11:57 17 Oktyabr 2016
53 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 17 oktyabr. REPORT.AZ/ Bakıda 2 nömrəli Bakı Baza Tibb Kollecinin yataqxanasında müvəqqəti yaşayan məcburi köçkün dava zamanı başından ağır xəsarət alıb.
"Report"un məlumatına görə, Yasamal rayonu, Şərifzadə küçəsi 2 ünvanında yerləşən yataqxanada yaşayan Ağdam rayonundan məcburi köçkün düşən 1977-ci il təvvəllüdlü Babayeva Sənubər Tapdıq qızı ilə qonşusu arasında mübahisə düşüb. Nəticədə qonşu S.Babayevanın başından çəkiclə zərbə endirib.
S.Babayeva açıq kəllə-beyin travması ilə 1 saylı Şəhər Kliniki Xəstəxanasına gətirilib. Həkimlərin verdiyi məlumata görə, S.Babayevanın vəziyyəti orta ağırdır.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/bakida-kollecin-yataqxanasinda-qadinin-basina-cekicle-agir-xesaret-yetirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR