Bakıda piyadanı vurub qaçan sürücü kameraya düşdü

Bakıda piyadanı vurub qaçan sürücü kameraya düşdü
11:59 17 Oktyabr 2016
48 Digər
Ölkə mətbuatı
A- A+

Binəqədi rayonu ərazisində idarə etdiyi avtomobillə piyadanı vurmuş sürücü tutulub. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, oktyabrın 14-də saat 20 radələrində Binəqədi rayonu ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Etibar Məmmədov vurulub və o, xəstəxanaya yerləşdirilib.

Bakı şəhər Baş Polis İdarəsinin Təhlükəsiz Şəhər Xidməti və Binəqədi RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən “Mercedes” markalı avtomobilin sürücüsü - Bakı şəhər sakini İlqar Ağalarov saxlanılıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/256743

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR