Bakıda qadının başından çəkiclə vurdular

Bakıda qadının başından çəkiclə vurdular
12:17 17 Oktyabr 2016
44 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda 2 nömrəli Bakı Baza Tibb Kollecinin yataqxanasında müvəqqəti yaşayan məcburi köçkün dava zamanı başından ağır xəsarət alıb.

Milli.Az report-a istinadən bildirir ki, Yasamal rayonu, Şərifzadə küçəsi 2 ünvanında yerləşən yataqxanada yaşayan Ağdam rayonundan məcburi köçkün düşən 1977-ci il təvvəllüdlü Babayeva Sənubər Tapdıq qızı ilə qonşusu arasında mübahisə düşüb. Nəticədə qonşu S.Babayevanın başından çəkiclə zərbə endirib.

S.Babayeva açıq kəllə-beyin travması ilə 1 saylı Şəhər Kliniki Xəstəxanasına gətirilib. Həkimlərin verdiyi məlumata görə, S.Babayevanın vəziyyəti orta ağırdır.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR