Azərbaycanlı FİFA referisinin təyinat aldığı oyun açıqlanıb

Azərbaycanlı FİFA referisinin təyinat aldığı oyun açıqlanıb
12:32 17 Oktyabr 2016
47 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 17 oktyabr. REPORT.AZ/ Azərbaycanlı FİFA referisi Əliyar Ağayev UEFA tərəfindən yeni təyinat alıb. 
"Report"un məlumatına görə, o, Türkiyədə "Konya" - "Braqa" oyununu idarə edəcək.
Ə.Ağayevə yan xətt hakimləri qismində Rza Məmmədov və Zeynal Zeynalov kömək edəcək. Əlavə köməkçi hakimlər Orxan Məmmədov və Rəhim Həsənovdur. Oyunun dördüncü hakimi isə Mübariz Haşımov olacaq.
Qeyd edək ki, Konyada baş tutacaq görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR