Polis əməkdaşı məhkəməyə məcburi gətiriləcək

Polis əməkdaşı məhkəməyə məcburi gətiriləcək
12:37 17 Oktyabr 2016
21 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı Ağır Cinayətlər Məhkəməsində qohumunu güllələməkdə təqsirləndirilən Mehman Fəsədovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə dindirilməli olan şahid, mühafizə polisinin əməkdaşı Elçin Qəmbərov gəlməyib. Təqsirləndirilən şəxsin vəkili Namiq Hacıyev şahidin məhkəməyə gətirilməsini istəyib. Hakim şahidin məhkəməyə gətirilməsi üçün vaxt verib və proses oktyabrın 24-ə təyin edilib.

İttihama görə, bu ilin yanvarın 9-da Abşeron rayon sakini Elnar Canatovun Biləcəri qəsəbəsində işlədiyi mağazanın qarşısına gələn qohumu, qəsəbə sakini M.Fəsədov münaqişə zəminində tüfəngdən açdığı atəşlə ona sifət nahiyəsindən xəsarət yetirib və hadisə yerini tərk edib. E.Canatov xəstəxanaya yerləşdirilib. Zamanında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub. Binəqədi Rayon Polis İdarəsinin 6-cı polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Fəsədov tutulub, ondan "İJ-58" markalı tüfəng və 5 ədəd patron götürülüb. M.Fəsadov Cinayət Məcəlləsinin 29, 120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham olunur.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR