Yağış, sulu qar, qar, güclü külək – Sabah

Yağış, sulu qar, qar, güclü külək – Sabah
12:44 17 Oktyabr 2016
38 Digər
Ölkə mətbuatı
A- A+

Oktyabrın 18-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, sabah arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. 

 

Havanın temperaturu Abşeronda gecə 6-8, gündüz 9-12, Bakıda gecə 6-8, gündüz 8-10° isti olacaq. 

 

Sabah Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı ehtimalı var. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

 Havanın temperaturu gecə 6-9, gündüz 9-14, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-8° isti olacaq. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/256769

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR