Türkiyə sənətçiləri Azərbaycanın himnini oxudu - VİDEO

Türkiyə sənətçiləri Azərbaycanın himnini oxudu - VİDEO
12:48 17 Oktyabr 2016
93 Şou
Ölkə mətbuatı
A- A+

Türkiyə sənətçiləri Azərbaycanın himnini oxuyaraq ölkəmizə salamlar göndərib.

Publika.az xəbər verir ki, Türkiyədə yaşayan azərbaycanlı aktrisa Məlahət Abbasova ilə birgə filmə çəkilən iki sənətçi fasilə zamanı Azərbaycana salamlar göndərib. Azərbaycan dilində danışan, salamlar söyləyən iki gəncin oxuduğu himn sosial şəbəkə izləyicilərini təəccübləndirib.

Hər kəs onlara əhsən deyib:

“Halal olsun belə türk oğlanlarına, azərbaycanlı olub, himni bilməyənlər utansın”.

Görüntünü “İnstagram” səhifəsində M.Abbasova paylaşıb.

Cəvahir


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin1/172420.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR