Müharibə kabusu yenidən Qarabağda

Müharibə kabusu yenidən Qarabağda
12:53 17 Oktyabr 2016
603 Ölkə
Ölkə mətbuatı
A- A+

“Müharibə kabusu Dağlıq Qarabağda yenidən göründü”.

Publika.az
xəbər verir ki, bu barədə Rusiyanın “Nezavisimaya qazeta” nəşri yazıb.

Son vaxtlar cəbhə xəttində tez-tez pozulan atəşkəs rejiminə diqqət çəkən nəşr qeyd edib ki, “dördgünlük müharibə”dən sonra müşahidə olunan sabitlik artıq geridə qaldı.

“Təmas xəttində gərginlik yavaş-yavaş, amma davamlı olaraq yüksəlir. Atəşkəsin pozulması statistikası bunu əyani şəkildə təsdiq edir. Apreldə “dördgünlük müharibə”dən sonra əldə oluna nisbi sakitlik görünür, keçmişdə qaldı. Əvvəlcə tərəflər gündəlik atəşkəs pozuntularından onlarla olduğundan danışırdı, indi atəşkəsin pozulma sayı yüzlərlərdir. Bu, getdikcə daha da yüksələ bilər”, - deyə nəşr təmas xəttində baş verənlərə diqqət çəkir.

Nəşr bildirir ki, müharibə kabusu yenidən Qarabağda görünür və ciddi qarşıdurmanın olması ehtimalı böyükdür.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida/172443.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR