Həkimə qarşı dələduzluq edən şəxslərin məhkəməsi başlayıb

Həkimə qarşı dələduzluq edən şəxslərin məhkəməsi başlayıb
12:59 17 Oktyabr 2016
22 Digər
Ölkə mətbuatı
A- A+

 

Həkimə qarşı dələduzluqda təqsirləndirilənlər - 1978-ci il təvəllüdlü Adil İbrahimov və keçmiş məhkum, 1987-ci il təvəllüdlü Tərlan Comərdovun cinayət işi üzrə məhkəmə başlayıb. Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Bildirilib ki, zərərçəkmişlərdən biri Feyzulla Qasımov Bakı xəstəxanalarının birində həkim işləyir. Proses oktyabrın 24-də davam etdiriləcək.

 

Qeyd edək ki, T.Comərdov Sumqayıt sakinlərindən pul alıb qaytarmadığı üçün bu ilin avqust ayında 9 il müddətinə azadlıqdan məhrum edilib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR