Putindən həmlə: Rusiya daha 49 il orada qalacaq

Putindən həmlə: Rusiya daha 49 il orada qalacaq
13:03 17 Oktyabr 2016
108 Dünya
Ölkə mətbuatı
A- A+

Suriyanın Tartus limanında Rusiya hərbi dəniz bazasının genişləndirilməsi haqqında razılaşma 49 il müddətinə bağlanacaq.

Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiya parlamentindəki mənbə bildirib.

Onun sözlərinə görə, bazanın yaradılması haqqında razılaşmanın təsdiqi haqqında qanun bir ay ərzində Dövlət Dumasına daxil ola bilər.

Oktyabrın 14-də Rusiya Federasiya Şurasının müdafiə və təhlükəsizlik komitəsinin sədr müavini Frans Klinseviç bildirib ki, razılaşma 2016-cı ilin sonuna kimi təsdiqlənə bilər.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/172446.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR