Bakıda hava şəraiti ilə əlaqədar 5 yol qəzası baş verib, bəzi avtomobillər yolda qalıb

Bakıda hava şəraiti ilə əlaqədar 5 yol qəzası baş verib, bəzi avtomobillər yolda qalıb
13:12 17 Oktyabr 2016
65 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 17 oktyabr. REPORT.AZ/ Bu gün Bakıda yağışlı hava şəraiti səbəbindən 5 yol nəqliyyat hadisəsi qeydə alınıb.
Bu barədə "Report"a Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin (BŞBDYPİ) bölmə rəisi polis polkovniki Vaqif Əsədov məlumat verib.
O bildirib ki, hava şəraiti ilə əlaqədar səhər saat 07:30 dan 09:00-a dək Bakının mərkəzi küçə və prospektlərində sıxlıq yaranıb.
Hava şəraiti ilə əlaqədar Keşlə qəsəbəsinin çıxışında çirkab suyunun gölməçəsi yaranıb. Buna görə də Babək prospektində uzunmüddətli nəqliyyatın sıxlığı müşahidə olunub. Hətta bəzi avtomobillər texniki cəhətdən sıradan çıxıb.
Hazırda yollarda yol polisinin nəzarəti gücləndirilib. Hazırda əsasən çökəklik olan küçə və prospektlərdə sıxlıq yaşanır. 

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/bakida-hava-seraiti-ile-elaqedar-5-yol-qezasi-bas-verib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR