Milyarderin görməmişliyi belə olur - FOTO

Milyarderin görməmişliyi belə olur - FOTO
13:27 17 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Rusiyalı milyarder, 10,1 milyardlıq varidatın sahibi Andrey Melniçenkonun "A" adlı superyaxtası artıq okeana çıxıb və yelkənlərin açıb.

Milli.Az European-a istinadən bildirir ki, Almaniyanın Kil şəhərindəki "German Naval Yards" tərsanəsində inşa edilmiş bu meqayaxtanın dəyəri 400 milyon avrodur.

143 metr uzunluğu olan bu yaxtaya rusiyalı milyarder arvadı, 39 yaşlı serb model Aleksandranın adını verib.

Təşəxxüs, görməmişlik və eqoizmin nişanəsi sayılan bu yaxtanın hərəkəti milyarder üçün sürəkli probelmlər yaradır. Belə ki, yaxtanın dor acağlarının hündürlüyü 40 metr olduğundan "A" İsveçlə Norveç arasındakı boğazdan keçə bilməyib.

"Yevroxim" korporasiyasının sahibi problemlərin hamısını həll edəcəyini deyib.

A.Melniçenko görməmişliyi və pis zövqü ilə hələ 2005-ci ildə ad çıxarmışdı. O, Rusiyadakı kiçik taxta kilsəni sökdürmüş, toyunun olduğu Fransaya, Lacivərd sahilə yük təyyarəsi ilə daşıtdırtmış və orada yenidən qurdurmuşdu. Toydan sonra kilsə yenidən sökülüb və Rusiyaya aparılıb.

Milli.Az




















Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/480170.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR