Dələduzluqda təqsirləndirilən şəxslərə 22 İL HƏBS

Dələduzluqda təqsirləndirilən şəxslərə 22 İL HƏBS
13:29 17 Oktyabr 2016
41 Digər
Ölkə mətbuatı
A- A+

 

Şəhər sakinlərin etimadından sui-istifadə edərək dələduzluq etməkdə təqsirləndirilən Elmir Nərimanov və Elçin Abasovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində  hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Hakimlər kollegiyasının hökmünə əsasən, E.Nərimanov 10 il və E.Abasov 12 il müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd edək ki, hər iki şəxs şəhər sakinlərin etimadını qazanaraq qarşı onlardan pul alaraq geri qaytarmayıb. Zərərçəkənlərin şikayıti əsasında hər iki şəxs saxlanılıb. Onlar barəsində Cinayət Məhkəməsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham verilib.

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR