FHN-dən yağış açıqlaması

FHN-dən yağış açıqlaması
13:33 17 Oktyabr 2016
56 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu saata qədər evlərin su basması, insanların köməksiz qalması ilə bağlı Fövqəladə Hallar Nazirliyinə hər hansı məlumat daxil olmayıb.

Nazirliyin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin texnika və şəxsi heyəti yağış suları ilə dolmuş ərazilərdə suçəkmə işləri aparır: “Hazırda Xocahəsən, Höküməli qəsəbələrində və Nərimanov rayonu, Təbriz küçəsi ərazisindən H.Əliyev prospektinə doğru gedən yolda (Heydər Əliyev Mərkəzinin yaxınlığındakı ərazidə ) yığılan yağış suları çəkilir”.

Gülxar


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sosial/172454.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR