Millimizin məğlubiyyətini görən hakim "Qarabağ"ın oyununda

Millimizin məğlubiyyətini görən hakim "Qarabağ"ın oyununda
13:37 17 Oktyabr 2016
66 İdman
Ölkə mətbuatı
A- A+

Avropa Liqasının qrip mərhələsinin III turunun “Qarabağ” - PAOK matçının hakimləri açıqlanıb. Fanat.Az xəbər veir ki, oktyabrın 20-də Bakıda keçiriləcək qarşılaşma israilli hakimlərə tapşırılıb.


Matçı Alon Yefet idarə edəcək. Ona həmyerliləri Danni Krasikov, Nissan Davidi kömək edəcəklər. Matçın əlavə köməkçi hakimləri Rua Reinşreyber və Ziv Adler olacaq. Dördüncü hakim funksiyasını Kiril Balikin yerinə yetirəcək.


Qarşılaşmanın hakim-inspektoru İqor İşenko (Ukrayna), UEFA nümayəndəsi Rudolf Mannaerts (Belçika) olacaq.

 

Yefet bu vaxta qədər bir dəfə təmsilçilərimizin oyununu idarə edib. Belə ki, 2002-ci ildən FIFA referisi adını daşıyan israilli hakim ilk olaraq, "AVRO-2016"nın seçmə mərhələsində Azərbaycan və Bolqarıstan yığmaları arasında Bakıda baş tutan qarşılaşmada ədaləti qoruyub. Qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatan görüşdə Yefet millimizin üzvlərindən Ruslan Abışovu, Vaqif Cavadovu və Dmitri Nazarovu sarı vərəqə ilə cəzalandırıb.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-millimizin-mlubiyytini-gorn-hakim-quotqarabaquotn-oyununda-t53401.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR