Bərdədə yol qəzası baş verib, ölən və yaralananlar var

Bərdədə yol qəzası baş verib, ölən və yaralananlar var
13:42 17 Oktyabr 2016
144 Ölkə
Ölkə mətbuatı
A- A+

Bərdə. 17 oktyabr. REPORT.AZ/ Bərdə rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un Qarabağ bürosunun məlumatına görə, şəhərin H.Əliyev prospektində qeydə alınıb. 
Belə ki, İlqar Məmmədov idarə etdiyi "Mercedes" markalı avtomobillə hərəkətdə olarən idarəetməni itirib və Mircamal Mahmudovun idarə etdiyi "VAZ-2106" markalı avtomobillə toqquşub. Nəticədə "VAZ-2106"-da sərnişin, 21 yaşlı Kənan Fərhad oğlu Həsənzadə ağır bədən xəsarətləri alaraq xəstəxanada ölüb.
Hadisə zamanı hər iki avtomobilin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdiriliblər. Xəstəxanadan bildirilib ki, yaralılardan, "VAZ-2106"-nın sürücüsü M.Mahmudov vəziyyətinin ağır olması səbəbi ilə reanimasiya şöbəsinə köçürülüb.
Faktla bağlı araşdırmalara başlanılıb.






Xəbərin orijinal ünvanı: http://report.az/hadise/berdede-yol-qezasi-bas-verib-olen-ve-yaralananlar-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR