Hələb bombalanıb: 5-i uşaq olmaqla 12 dinc sakin ölüb

Hələb bombalanıb: 5-i uşaq olmaqla 12 dinc sakin ölüb
13:57 17 Oktyabr 2016
36 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 17 oktyabr. REPORT.AZ/ Suriyanın şimalındakı Hələb şəhərinin bombalanması nəticəsində 5-i uşaq olmaqla 12 sakin həyatını itirib.
"Report" İsrail KİV-inə istinadən xəbər verir ki, bu barədə Suriyada İnsan Haqlarının Müdafiəsi uğrunda Müşahidə Təşkilatının monitorinq qrupu məlumat yayıb.
Məlumata görə, aviazərbələri Suriyadakı rejimin başçısı Bəşşar Əsədə bağlı ordunun, yaxud Rusiya hərbçilərinin endirdiyi hələlik bilinmir. 

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/heleb-bombalanib-5-i-usaq-olmaqla-12-dinc-sakin-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR